» » Ramil Usubov polis rəisinin oğluna vəzifə verdi

Ramil Usubov polis rəisinin oğluna vəzifə verdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ramil Usubov polis rəisinin oğluna vəzifə verdi
Bakı şəhərində bir neçə polis bölməsinə yeni rəis təyin olunub. Bu barədə xəbəri APA yayıb.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Turabi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib.


Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı Vahid Əliyev Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəis müavini Murad Hüseynov isə 26-cı bölməyə rəis təyin edilib.


Bundan başqa, Binəqədi RPİ-nin müvəqqəti saxlanma məntəqəsinin rəisi Faiq Həsənov Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, Axar.az saytı olaraq səhhəti ilə əlaqədar Şamaxı Rayon Polis Şöbəsinin təqaüdə çıxan rəisi Şahmar Paşayevin oğlu Turabi Paşayevin 18 və yaxud 38-ci polis bölmələrindən birinə rəis göndəriləcəyi ilə bağlı etibarlı mənbəyə istinadla 7 aprel 2014-cü ildə xəbər vermişdik (Ətraflı BURADA). Həmin zaman bəzi saytlar bu xəbərimizi təkzib etməyə tələsmişdilər.
- See more at: http://axar.az/news/23446#sthash.vEyYhriq.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler