» » 20 yaşlı qız nişan günü itkin düşüb

20 yaşlı qız nişan günü itkin düşüb

Bölmə: BLOK XƏBƏR
20 yaşlı qız nişan günü itkin düşüb
Zaqatalada 20 yaşlı qız özünün nişan günü evdən gözəllik salonuna getmək adı ilə evdən çıxaraq bir daha geri dönməyib.

ans press-in bölgə müxbirinin məlumatına görə, 20 yaşlı Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb.

Əsmər Osmanovanın valideyinlərinin bildirdiyinə görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırmışlar. Valideynləri deyir ki, Əsmər Osmanova nişanlanacağı gənci özü seçib və onu sevirmiş.

Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşmələri barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.

Zaqatala rayon Polis Şöbəsində 27 iyun tarixindən Əsmərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış qurupu yaradılıb.

Hazırda axtarış tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler