» » Rəsul Quliyevin Fətullah Gülənlə işbirliyi xəbəri yayıldı

Rəsul Quliyevin Fətullah Gülənlə işbirliyi xəbəri yayıldı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Rəsul Quliyevin Fətullah Gülənlə işbirliyi xəbəri yayıldı
Rəsul Quliyev Amerikada Fətullah Gülənlə mütəmadi olaraq görüşür.


Bu barədə R. Quliyevin adının açıqlanmasını istəməyən keçmiş silahdaşı Publika.az-a məlumat verib. Məlumata görə, sabiq spiker Pensilvaniya ştatında səfərlərdə olur və zaman-zaman Gülənlə görüşlər keçirir. F. Gülənin onun Amerika həyatına da köməkliyi dəydiyi deyilir.


Qeyd edək ki, R. Quliyevin bir müddət öncə Azərbaycan mediasına F. Güləni müsəlman dünyasının 5 şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiya fonunda diqqəti çəkir.


“Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa sürükləmək istəyir”, - deyə eks-spiker camaat liderini belə təqdim edir.
Nur camaatının Azərbaycanda fəaliyyətə başladığı 90-cı illərdə R. Quliyevin yüksək vəzifədə təmsil olunması diqqətdən yayınmır və camaatın Azərbaycanda genişlənməsi üçün eks-spikerin yardımının toxunduğu qənaətini yaradır.


Lakin R. Quliyevin spiker olduğu dövrdə dövlət müşaviri işləmiş Qabil Hüseynli Publika.az-a açıqlamasında buna az inandığını deyib: “Nurçular Azərbaycana 90-cı illərin əvvəlində gəlib. Lakin Rəsul Quliyevin onlar haqda təsəvvürünün belə olması sual altındadır. Buna görə onların Azərbaycandakı fəaliyyətində Rəsul Quliyevin də köməklik göstərdiyini demək inandırıcı deyil. Güman ki, R. Quliyev bu camaatla Amerikada tanış olub. Ehtimal etmək mümkündür ki, Fətullah Gülənlə müəyyən yaxınlığı olsun”.


Mövzu ilə bağlı Rəsul Quliyevin mövqeyini dərc etməyə hazırıq.Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler