» » "Şəmkirdə sevgi faciəsi" baş verib

"Şəmkirdə sevgi faciəsi" baş verib

Bölmə: BLOK XƏBƏR
"Şəmkirdə sevgi faciəsi" baş verib
Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Aşağı Seyfəli kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Seyfəddin Eldar oğlu Qarayev qeyri-rəsmi nikahla yaşadığı kənd sakini, 1984-cü il təvəllüdlü Bəsti Cəbrayıl qızı Zeynalovaya odlu silahdan atəş açıb. Sonra S.Qarayev həmin silahla özünü güllələyib. Bəsti Zeynalova aldığı güllə yarasından hadisə yerində ölüb. Seyfəddin Qarayev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Yaxınlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi məlumata görə, S.Qarayev psixi xəstəlikdən əziyyət çəkirmiş vəəvvəllər bu xəstəlikdən müalicə alıb.
Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler