» » Anar Məmmədov məhkəməyə müraciət etdi: “

Anar Məmmədov məhkəməyə müraciət etdi: “ Ayı işi“ dirildi

Bölmə: BLOK XƏBƏR
Anar Məmmədov məhkəməyə müraciət etdi: “
Ziya Məmmədovun oğlu Anar Məmmədov vaxtı ilə aralarında məhkəmə çəkişməsi yaranan “Yeni Müsavat” qəzetinə qarşı yenidən hüquq-mühafizə orqanlarına müraciət edib.

AzNews.az xəbər verir ki, Anar Məmmədov vaxtı ilə mətbuatda “Ayı işi” adı ilə məşhur olan məhkəmə nəticəsində “Yeni Müsavat”a qarşı kəsilən cərimənin icraya yönəldilməsi ilə bağlı vəkili Ruslan Məmmədov vasitəsi ilə artıq Nizami Rayon Məhkəməsinin İcra Şöbəsinə müraciət edərək, icraya xitam verilməsi ilə bağlı qərardadın ləğvini xahiş edib. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir.


Qeyd edək ki, vaxtı ilə məhkəmə “Ayı işi”nə görə həm “Yeni Müsavat”, həm də “Azadlıq” qəzetlərinin cərimələnməsi haqqında qərar çıxarmışdı. Məhkəmə Anar Məmmədovun Qəbələdə ayı kəsdirib yeməsi haqda təsdiqini tapmayan xəbər yaydığna görə qəzetləri 8 min manat məbləğində cərimə etmişdi. Sonaradan isə media qurumları ilə Anar Məmmədovun adamları arasında yaranan qarşılıqlı anlaşmaya görə bu cərimənin ödənməsi iddiaçı tərəfdən tələb olunmamış, əldə edilən kompromisə görə qəzetlər də qarşı tərəfi vurmamaq” barədə müəyyən vədlər vermişdilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler