» » Həbs xəbəri yayılan Hafkanın sağ əli müraciət yaydı

Həbs xəbəri yayılan Hafkanın sağ əli müraciət yaydı

Bölmə: BLOK XƏBƏR
Həbs xəbəri yayılan Hafkanın sağ əli müraciət yaydı
Məşhur iş adamı Hafiz Məmmədovun (hafka) əsas səhmdarı olduğu Fransanın "Lans" klubu ilə bağlı skandallı müraciət yayılıb.


Publika.az xəbər verir ki, müraciət HFransa mətbuatının Hafiz Məmmədovun sağ əli hesab etdiyi Elməddin Əliyev tərəfindən yayılıb.


Müraciətdə "Lans"ın hazırkı prezidenti Jerve Martel kəskin şəkildə tənqid olunur və iddia edilir ki, Məmmədov "Lans"ın Fransanın yüksək liqada iştirakına dair bütün öhdəlikləri yerinə yetirdiyi halda, klub elitaya buraxılmayıb. Bunun da əsas günahkarı kimi Martel göstərilir.


Hafiz Məmmədov müraciətində bildirib ki, bütün bunları nəzərə alaraq, "Lans"ın rəhbər strukturunda dəyişikliklər edəcək. İş adamı iddia edib ki, klubun baş sponsoru kimi onun maraqları təmin olunmur.

Xatırladaq ki, son günlər adı qalmaqallarda hallanan Hafkanın ötən gün bakı hava Limanında həbs edildiyi xəbəri yayılıb. Sahibi olduğu "Bağlan Qrup" təkzib xəbəri yaysa da, Hafka özü hələlik mediaya açıqlama verməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler