» » "AST Telman"ın bank hesabları donduruldu -MƏHKƏMƏ QƏRARI

"AST Telman"ın bank hesabları donduruldu -MƏHKƏMƏ QƏRARI

Bölmə: BLOK XƏBƏR, MANŞET
"AST Telman"ın bank hesabları donduruldu -MƏHKƏMƏ QƏRARI
Şirkətin iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək xahiş olunur

APA TV-nin “Vesti.az”a istinadən yaydığı məlumata görə, məhkəmə bu qərarı “Manqazey” qrupunun sahibi Sergey Yançukova məxsus “Sezaria LTD” şirkətinin iddiası əsasında qəbul edib. Şirkətin iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək xahiş olunur.

“Sezaria” şirkətinin məlumatında qeyd olunur ki, bu qurum 2010-cu ilin sentyabrında Telman İsmayılovun Kiprdə fəaliyyət göstərən Tandum LTD şirkətinə bir il müddətinə 10 faizlə 50 milyon dollar kredit verib. Kreditə görə faizlər vaxtında ödənildiyindən 2011-ci ilin fevralında “Tandum LTD”yə daha 50 milyon kredit verilib. Bu kredit də illik 10 faizlə verilsə də, onun bağlanma müddəti iki il olub. 2013-cü ilin aprelində Telman İsmayılovla “Sezaria” arasında borcun əsas hissəsinin ödəniş müddətinin uzadılması barədə bir neçə saziş imzalanıb. Telman İsmayılov rəhbəri olduğu Tandum LTD şirkətinin krediti qaytara bilməyəcəyi təqdirdə vəsaiti öz şəxsi aktivlərindən ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin iş adamı bunu etmədiyinə görə, şirkət İsmayılovun bank aktivlərinin dondurulması tələbi ilə məhkəməyə müraciət edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler