» » Dələduzluqda ittiham olunan hakim danışdı

Dələduzluqda ittiham olunan hakim danışdı

Bölmə: BLOK XƏBƏR
Dələduzluqda ittiham olunan hakim danışdı
"Bu məlumatlar həqiqəti əks etdirmir. Mən heç kimdən pul almamışam. Ən azından bu məsələnin üstündən nə qədər müddət keçib, əgər bu işdə mənim günahım olsaydı, cinayət məsuliyyətinə cəlb olunardım. Yəni boş söhbətdir. Mənim bu işə aidiyyatım yoxdur".

Bunu Aktual.az-a Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyev ona qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə elan olunmuş ittiham barədə yayılan məlumatları şərh edərkən deyib.

O, həmin məsələdən sonra prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncama da münasibət bildirib:

"Cənab prezidentin səlahiyyətlərimə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncamı sırf işdə yol verdiyim nöqsanlara görədir, onun bu işə aidiyyatı yoxdur".

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Həsən Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq, 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb. Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib.

E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler