» » "Azərbaycanda polislər tutuldu"

"Azərbaycanda polislər tutuldu"

Bölmə: BLOK XƏBƏR
"Azərbaycanda polislər tutuldu"
Azərbaycanda özlərini polis əməkdaşı kimi təqdim edən dəstənin üzvləri tutulub.

ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yardımlı rayon sakini Balaxan Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, evinə gələn şəxsiyyəti məlum olmayan bir qrup şəxs özlərini polis əməkdaşı kimi təqdim edib. Onlar oğlu Rabilin Cəlilabad sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək tutulmaması müqabilində ondan 20 min manat pul tələb ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov ə Şahin Mahmudov tutulub.

Cinayətdə iştirak edən Fəqan Əhmədov və Zaur Rzayevin tutulması istiqamətində iş aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler