» » İlham Əliyevin qudası-Foto

İlham Əliyevin qudası-Foto

Bölmə: BLOK XƏBƏR, MANŞET
İlham Əliyevin qudası-Foto
Prezident İlham Əliyevin kürəkəni Səməd Qurbanovun ailə fotosu yayılıb.

"Xalqinfo"-nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ilə evli olan Səməd Qurbanov uşaq vaxtı ailəsi ilə birlikdə çəkdirdiyi fotosunu paylaşıb.

Səməd Qurbanovun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib.

Qeyd edək ki, Səməd Qurbanov 2011-ci il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ilə evlənib.
İlham Əliyevin qudası-Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler