» » İlham Əliyev Barak Obamanı təbrik edib

İlham Əliyev Barak Obamanı təbrik edib

Bölmə: BLOK XƏBƏR, MANŞET
İlham Əliyev  Barak Obamanı təbrik edib

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər müstəqillik qazandığımız vaxtdan bu günədək böyük inkişaf yolu keçib, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın gerçəkləşdirdiyi irimiqyaslı enerji layihələrində, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm istiqamətlərindəndir.

Biz, eyni zamanda, xalqımızın uzun müddətdən bəri həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvasına qaytarılması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın və şəxsən sizin, cənab prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler