» » Prezidentə müraciət edən NİDA-çı gəncin cəzası 5 ildən 2 ilə endirildi

Prezidentə müraciət edən NİDA-çı gəncin cəzası 5 ildən 2 ilə endirildi

Bölmə: BLOK XƏBƏR
 Prezidentə müraciət edən NİDA-çı gəncin cəzası 5 ildən 2 ilə endirildi
İyulun 3-də Sumqayıt Apellyasiya Məhkəməsində xaçmazlı gənc, “Facebook” fəalı Elsevər Mürsəllinin işi üzrə proses yekunlaşıb. Vəkil Xalid Bağırov “Media forum” saytına bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrum etdiyi fəalın cəzasını 2 ilə endirib.

Xalid Bağırov onu da qeyd edib ki, Elsevər onun vəkil xidmətindən imtina edib.

Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Elsevər Mürsəlli 2013-cü ilin prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib. Gənc həmin il oktyabrın 3-də Xaçmazda saxlanaraq polisə aparılıb. Rəsmi versiyaya görə, onun cibindən heroin çıxıb.

2014-cü il iyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq əfv istəyib.

"Media forum

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler