» » “Xətaini ancaq təhqir olunmuş adamlar təhqir edə bilər”-

“Xətaini ancaq təhqir olunmuş adamlar təhqir edə bilər”- Zahid Qaralov

Bölmə: BLOK XƏBƏR
“Xətaini ancaq təhqir olunmuş adamlar təhqir edə bilər”-
Hakim Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov Milli Məclisin sabiq sədri Rəsul Quliyevin Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaini İran şahı kimi təqdim etməsinə etirazını bildirib.

YAP rəsmisi Z.Qaralov Publika.az-a açıqlamasında deyib: “Xətaini təhqir edənlər, milli qeyrətin nə olduğunu qanmayan, Azərbaycan tarixini və Şah İsmayıl Xətaini tanımayan adamlardı. Belə bir böyük Azərbaycan şəxsiyyətini yalnız və yalnız təhqir olunmuş adamlar təhqir edə bilər. Xətai ilə bağlı bu cür hallar təkcə indi deyil, bir neçə dəfə də olub. Mən o adamların bəzilərinə bu barədə öz iradımı da bildirmişəm. Demişəm ki, ayıbdır, siz neçə yüz il bundan öncə yaşamış bir hökmdarın yaxşı tərəfini görə bilmirsiniz, heç olmasa ağlınıza gələni danışmayın. Yəni, demək istəyirəm ki, Şah İsmayıl Xətai kimi böyük insanlar haqqında mənfi fikir söyləmək çox qorxulu hərəkətdir. Hətta, mənim üç cildlik “Tərbiyə” kitabım var. Həmin kitabda Şah İsmayıl Xətainin çox ağıllı fikirlərini də yazmışam. Şah İsmayıl Xətainin yaradıcılığına bələd olmayan, onun əsərlərinin və şeirlərinin mahiyyətini bilməyən bir adamın onun haqqında mənfi fikir söyləməsi ən azı yaramazlıqdır”.

Xatırladaq ki, eks-spiker Rəsul Quliyevin Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər tarixçi alimlər tərəfindən narazılıqla qarşılanıb. Belə ki, R.Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Şah İsmayıl Xətai tanınmış İran şahlarından biri olub.
“Əsas məqsədi şiəliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 milyon müsəlmanın 1 milyard 100 milyonu şiəlik ideyasının, başqa sözlə Şah İsmayıl Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli, Şərqin Napaleonu adlandırılan, həm də min illiyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib. Ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib. Tarixi təhrif etmək olmaz. Şah İsmayılın müsbət cəhətləri ilə yanaşı düzgün olmayan addımlarını da qeyd etmək hökmən lazımdır. Mən analiz verəndə Ərdoğanın gördüyü işlə Gülənin işlərini müqayisə etmişəm. Şah İsmail Xətaiyə gələndə Ərdoğan nəinki ona nifrət edir və hətta şiələrin qırılmasında məmnuniyyətlə iştirak edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler