» » "ATƏT palatka toyu deyil"

"ATƏT palatka toyu deyil"

Bölmə: BLOK XƏBƏR
"ATƏT palatka toyu deyil"
"Əli Kərimli üçün ATƏT PA-nın keçirdiyi nüfuzlu tədbir palatka toyu deyil, bu cür tədbirilərin keçirildiyi binada görüşlər üçün öncədən rəsmi qeydiyyatdan keçməli idi".

xalqinfo.az Trend-ə istinadən məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı səslənən ittihamları şərh edərkən deyib.

S.Novruzov bildirib ki, bütün dünyada beynəlxalq tədbirlər keçiriləndə, orada görüşlər keçirmək istəyən şəxs qabaqcadan qeydiyyatdan keçməlidir: "Bütün nüfuzlu beynəlxalq tədbirlərdə rəsmi dəvət olunan şəxslərdən başqa digər şəxslərin binanın 50 metrlik məsafəsinə yaxınlaşmasına icazə verilmir. Əli Kərimli ya bunu bilmir, ya da bilərəkdən dezinformasiya yaymaqla məşğul olur".

YAP rəsmisi hesab edir ki, Əli Kərimli ittihamları ilə özü-özünü təkzib edir: "Əgər buna avropalı deputatlarla görüşə qadağa qoyulubsa, sonra kafedə keçirdiyi görüşə niyə maneçilik törədilmədi? ATƏT PA-nın sessiyasında 600 nəfərdən artıq nümayəndə iştirak edir, orada hər kəs özünün siyasi baxışına, dostluğuna görə görüş təşkil etsə, tədbir keçirmək olmaz".

S.Novruzov AXCP sədrinin ittihamlarını yalan, böhtan adlandırıb və hesab edir ki, Əli Kərimlinin məqsədi təxribat törədib beynəlxalq tədbirlərin işini pozmaqdır: "Çünki Əli Kərimli kimiləri görür ki, artıq Bakı nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, güclü təşkilatçılıq mövcuddur, başlayır narahat olmağa. Bunu görəndə bir erməni lobbisi narahat olur, bir də Əli Kərimli, Leyla Yunus kimiləri. Bu, onu göstərir ki onlar eyni mənbədən bəhrələnirlər".

Qeyd edək ki, Əli Kərimlinin ATƏT PA-nın sessiyasının keçirildiyi zalda avropalı deputatlarla görüşünə icazə verilməyib. O, bununla bağlı Azərbaycan hökumətini ittiham edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler