Prezident fərman verdiBölmə: BLOK XƏBƏR, MANŞET
Ölkə başçısı “Yaşıllıqların mühafizəsi haqqında” qanununun tətbiqi barədə fərman verib. ans press-in məlumatına görə, fərmanda deyilir ki, Nazirlər Kabineti 3 ay müddətinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının “Yaşıllıqların mühafizəsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; Həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; Həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulan həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|