» » “İŞİD”i qorxudan rus qırıcıları gəldi-

“İŞİD”i qorxudan rus qırıcıları gəldi- Foto

Bölmə: BLOK XƏBƏR
“İŞİD”i qorxudan rus qırıcıları gəldi-
İraqın Rusiyadan sifariş etdiyi “Suxoy” qırıcılarının ilk təslimatı baş tutub.

İraq parlamentinin müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Abbas əl-Bəyati verdiyi açıqlamada, "Bu gün 10 ədəd “Suxoy” təyyarəsi İraqa çatdı, geri qalan hissəsi də qısa zamanda sahib olacağıq" - deyə bildirib.

ans press-in məlumatına görə, Bəyati ən son texnologiyaya sahib təyyarələrlə İraqın hava qüvvələrinin hiss olunacaq dərəcədə güclənəcəyini qeyd edib. Hazırda satın alınan təyyarələrin Mosuldakı döyüşdə və İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının səhradakı hərbi düşərgələrini hədəf almaqda istifadə ediləcəyi vurğulanıb.

Qeyd edək ki, bir müddətdir qarşıdurmaların yaşandığı ölkədə, İŞİD terror təşkilatı Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini ələ keçirib. 2003-cü ildə ABŞ-ın işğalından sonra ölkənin Hərbi Hava Qüvvələri xeyli zəifləmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler