» » Bu ölkədə oruca qadağa qoyuldu

Bu ölkədə oruca qadağa qoyuldu

Bölmə: BLOK XƏBƏR
Bu ölkədə oruca qadağa qoyuldu
Pekində müsəlmanların çoxluq təşkil etdiyi 9 milyon əhaliyə sahib Şincan Uyğur Muxtar vilayətində dövlət məmurları və tələbələrin Ramazan ayında oruc tutması qadağan edilib.

ans press-in məlumatına görə, Pekində Şincan bölgəsinin rəsmi internet saytında yerləşdirilən əsasnamədə Ramazan ayında oruc tutmağın qadağan olunduğu bildirilir.

Qəbul edilən qərar bölgədəki türk və müəlman əhalinin etirazına səbəb olub. Qərar Hotan bölgəsinə də şamil edilib. Əsasnaməyə əsasən, dövlət məmurları və tələbələrə Ramazan ayına xas olan dini ibadətlərin icrası, məscidə getmək və zəkat vermək qadağan edilib.

Xatırladaq ki, bundan əvvəlki bir neçə ildə də həmin bölgədə oruc tutmaqla bağlı qadağa qoyulmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler