» » 15 yaşlı qızı zorladılar-

15 yaşlı qızı zorladılar- Bakıda

Bölmə: BLOK XƏBƏR
15 yaşlı qızı zorladılar-
İyunun 23-də Bakının Sabunçu rayonunda yeniyetmə qızı zorlayıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsindən “vesti.az” saytına bildiriblər.

Verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 15 yaşlı X.M. səhə saatlarında evdən çıxıb və geri qayıtmayıb. Bundan narahat olan ailə qızın axtarışına başlayıb.

Həmin gecə qız nənəsinin evinə gedib və tanışı tərəfindən zorlandığı barədə bildirib. Qız bildirib ki, Nihad adlı bir nəfərlə tanış olub. Həmin gün səhər saatlarında həmin şəxslə görüşüb. Nihad adlı şəxs qızı evə aparıb və onu ənənəvi və qeyri-ənənəvi üsulla zorlayıb.

Həmin şəxs sonra qızı buraxıb. Qızın başına gələnlər barədə eşidəndən sonra valideynləri polisə şikayət edib.

Hazırda polis qızın şikayəti əsasında cinayəti törədən şəxsin axtarışlarına başlayıb.

Qeyd edək ki, polisdən son vaxtlar belə halların artdığını bildiriblər. Bildirilib ki, tez-tez gənc qızlar evdən qaçır və sonradan evə qayıdarkən zorlandıqlarını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler