» » "Ermənistanı darmadağın edə bilərik"-

"Ermənistanı darmadağın edə bilərik"- Nazir

Bölmə: BLOK XƏBƏR
"Ermənistanı darmadağın edə bilərik"-
"Düşmənlə onun dilində danışmaq lazımdır və biz bunu edirik. İstəyirəm, tam əmin olasınız ki, Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar".
ans press-in məlumatına görə, bunu "AzərTAc"a müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir bir daha Azərbaycanın Ermənistan ilə müharibə şəraitində olduğunu xatırladıb. Onun sözlərinə görə, atəşkəs rejiminin elan edilməsindən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, atəşkəs rejimini daim pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur.

"Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması bir yana, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürürlər. Bu, bizi çox narahat edir. Bu hadisələr əsasən Ermənistanın İcevan, Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisində yerləşən mövqelərindən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar.

Biz də Ermənistan kimi hərəkət edə bilərik. Onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?
Biz bir daha Avropanın, dünyanın, beynəlxalq hüquq təşkilatlarının, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının və BMT Təhlükəsizlik Şurasının diqqətini bu məsələyə cəlb edirik. İşğalçı Ermənistanın özbaşınalığına son qoyulmasını tələb edirik. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik".

Z.Həsənov bildirib ki, son dövrdə cəbhə xəttində hər dəfə vəziyyətin gərginləşməsi müşahidə edilən kimi döyüşə getmək arzusunda olan neçə-neçə vətəndaş Müdafiə Nazirliyinə müraciət edir. Bu, xalqımızın düşmənə olan nifrətindən, torpaqlarımızın azad edilməsi hissindən irəli gələn keyfiyyətdir.

"Xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir” fikrini rəhbər tutaraq verilən tapşırığın yerinə yetirilməsinə qadirdir və bunun üçün bizim istənilən imkanımız var".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler