» » Bakıda məktəbli qızı zorladılar

Bakıda məktəbli qızı zorladılar

Bölmə: BLOK XƏBƏR
Bakıda  məktəbli qızı zorladılar
Azyaşlını avtobusda zorlayan sürücü tapıldı
Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəisi Hüseyn İmanov bildirib ki, valideynin şikayəti əsasında araşdırmaya başlanıb, azyaşlı qız ekspertizaya göndərilib. Ekspert rəyindən sonra qızın təcavüzə məruz qalıb-qalmaması bilinəcək.
Bölmə rəisinin sözlərinə görə, ola bilsin, fakt təsdiqini tapsın. H.İmanov qeyd etdi ki, əqli cəhətdən problemləri olan L.V. hadisədən bir gün əvvəl evdən gedib. Səhəri gün saat 10 radələrində anası onu avtobusda tapıb.
15 yaşlı qızın zorlanması ilə bağlı məsələdə qaranlıq məqamlar ortaya çıxıb. Zorlanmanın baş verdiyi iddia olunan 13 saylı marşrutun Zamin adlı kalon rəisi məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisə avtobusda olmayıb. Qızı zorlayan şəxs Rəşad adlı sürücüdür. O, atası ilə həmin avtobusda işləyib. Həmin qız Rəşad avtobusda işləyən gün onunla iki dövrə vurub. Sonra isə zorlama olub, amma hadisə avtobusda ola bilməz.
İşi araşdıran Yasamal RPİ-nin 28-ci polis bölməsinin təhqiqatçısı Vüqar Babanlı isə qızın Binəqədi rayonu ərazisində yerləşən çayxanalardan birində zorlandığı deyib. Hələlik hadisə yerinə baxış keçirilməyib. Ola bilsin, işin sonrakı istintaqını Binəqədi Rayon Polis İdarəsi aparsın.
***
Bugun.az milli.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu, Qutqaşenli küçəsində yaşayan K.V. polisə müraciət edərək 15 yaşlı qızı L.V.-nin 13 saylı marşrut avtobusunda zorlandığını deyib. Onun sözlərinə görə, iki gün əvvəl yoxa çıxmış qızını dünən Süleyman Sani Axundov küçəsində 13 saylı avtobusda tapıb. Qızı ona tanımadığı sürücülər tərəfindən zorlandığını bildirib.
Təcavüzə məruz qaldığı iddia edilən qızın məktəbli olduğu deyilir.
Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Bugün.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler