» » Bu ölkədə Allah sözü yasaqlandı

Bu ölkədə Allah sözü yasaqlandı

Bölmə: BLOK XƏBƏR
Bu ölkədə Allah sözü yasaqlandı
Malayziyada qəribə qərar verilib. ans press-in məlumatına görə, bu ölkədə qeyri müsəlmanlara Allah sözünü işlətmək ən yüksək məhkəmə instansiyası tərəfindən yasaqlanıb.

Malayziya Federal Məhkəməsi daha öncədən bu barədə qəbul edilən qərarı təsdiqləyib. Bununlada bu ölkədə xristianların Allah sözündən istifadəsi cinayət kimi qəbul edilib.

Qeyd edək ki, 2007-ci ildə xristianlar tərəfindən nəşr edilən "Herald" qəzetinin Allah sözündən istifadə edilməməsi yönündə qərar verilib, 2009-cu ildə Apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Malayziyada yaşayan xristianlar Allah sözünün ancaq müsəlmanlara aid olmadığını deyərək, bu sözdən ayinlərində istifadə haqları olduğunu deyiblər.

Müsəlmanların fikrincə isə Allah sözündən xristianların da istifadəsi ölkənin 60 faizini təşkil edən müsəlmanlarda çaşğınlığa və din dəyişikliyinə yol açacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler