» » Arif Vəliyev vəfat etdi

Arif Vəliyev vəfat etdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Arif Vəliyev vəfat etdi
Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev vəfat edib.
DSK-dan ANS PRESS-ə verilən məlumata görə, sədr bu gecə dünyasını dəyişib.

Məlumata görə, Arif Vəliyev uzun sürən xəstəlikdən əziyyət çəkib.
Mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Milli Məclisin bir neçə gün öncə keçirilən iclasında millət vəkilləri Dövlət Statistika Komitəsinin fəaliyyətini ciddi tənqid ediblər.

ANS PRESS-in məlumatına görə, statistik məlumatların yanlış verilməsinə görə cərimənin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkilləri Dövlət Statistika Komitəsi rəsmi bülletenlərində böyük təhriflərə yol verildiyini bildiriblər.

Prezident İlham Əliyevin 2013-cü il 27 iyul tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısınını sərəncamına əsasən statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev “Şöhrət” ordeni ilə təltif edilmişdi.

A.Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

Allah rəhmət eləsin!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler