» » İŞİD İraqın 3 iri yaşayış məntəqəsini ələ keçirdi

İŞİD İraqın 3 iri yaşayış məntəqəsini ələ keçirdi

Bölmə: BLOK XƏBƏR
İŞİD İraqın 3 iri yaşayış məntəqəsini ələ keçirdi
İraq İslam Şam Dövləti (İŞİD) qruplaşması İraqın Anbar vilayətindəki daha 3 iri yaşayış məntəqəsini ələ keçirib.

ans press-in məluamtına görə, Suriya-İraq sərhədindəki al-Kaim şəhərindən sonra Rave, Anhu, Er-Retbe Hadise yaşayış məntəqələrindən də ordu çıxıb. Bundan sonra İŞİD silahlıları bu əraziləri nəzarətə götürüb.

İŞİD-in nəzarətində olan Ramadi şəhərinin El-Humeyra və El-Melab bölgələrində də döyüşlər davam edir.

Bir müddətdir toqquşmaların davam etdiyi İraqda İŞİD silahlıları Mosul və Səlahəddin vilayətinin mərkəzi Tikrit və bəzi ətraf əraziləri ələ keçirib.

Suriyada isə İraq İslam Şam Dövləti silahlıları Hələbin şimalında əməliyyatlar keçirəcəklərini bildiriblər. Bununla bağlı onlar bəzi kənd sakinlərinə evlərini tərk etmələrilə bağlı xəbərdarlıq edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler