» » "Azərbaycan bizdən fərqli olaraq heç kimdən asılı deyil" - Erməni politoloqdan şok açıqlama

"Azərbaycan bizdən fərqli olaraq heç kimdən asılı deyil" - Erməni politoloqdan şok açıqlama

Bölmə: BLOK XƏBƏR
http://avropa.info/new/fotobaza/orta/23454.jpg
Ermənistan Qafqaz unveristetinin rektor müavini, politoloq Sergey Minosyan Azərbaycan və Ermənistanın Avrasiya İttifaqına qoşulmaq perspektivləri ilə bağlı xəbərlərə şərh verib.

Avropa.info-nun verdiyi xəbərə görə, Minosyan Ermənistanı Avrasiya İttifaqının təsisçisi kim görmür. Politoloqun sözlərinə görə, Ermənistnın qurumun təsisçisi kimi çıxş etməyəcəyini 2013-cü il 3 sentyabrında açıqlama verən Serj Sarqisyan da bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan ilk növbədə öz maraqlarını düşünməlidir. O, rəsmi İrəvanın Azərbaycan kimi iqtisadi cəhəddən imkanlı və regionda siyasi manevrlər edərək , öz maraqlarını təmin edən rəqibi olduğunu bildirib:

“Ermənistanın hazırda iqtisadi cəhəddən çox güclü Azərbaycanla rəqəbət aparır. Azərbaycanın Avrasiya İttifaqına yaxın zamanlarda qoşulmasını zənn etmirəm. Rəsmi Bakı hazırda öz maraqlarından çıxış edərək Qərb və Avrasiya ittifaqı arasında manevr etməkdədir. Azərbaycan uzun müddətdir ki, bu siyasəti aparır. Rəsmi Bakı-nın NATO-ya üzv olmaq planları olmasa da, biz görürük ki, onlar Şimali Atlantik Alyansı ilə sıx münasibətlər qurublar. Azərbaycan öz nefti və pul resursları hesabına güclü dövlətə çevrilib, onlar hər hansısa qurum və dövlətdən aslı deyillər.”

Politoloq Azərbaycanın Qərblə münasibətlərinin Rusiyaya nisbətən daha yaxşı olduğunu bildirdi:

"Azərbaycan baş verən bu hadisələrdə maksimum neytrallığını saxlamaq istəsə də, ölkənin qərblə münasibətləri daha yaxşı olduğu sezilməkdədir. Avropa Birliy, NATO ilə münasibətlər bunu bir daha isbat edir. Rəsmi İrəvan Azərbaycan siyasətindəki bütün bu ştrixləri nəzər alaraq addımlar atmalıdır.”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler