» » Zərrabla Gündeş də boşanır - “Mənə təzyiq edilib”

Zərrabla Gündeş də boşanır - “Mənə təzyiq edilib”

Bölmə: BLOK XƏBƏR, MANŞET
Zərrabla Gündeş də boşanır - “Mənə təzyiq edilib”

ABŞ-da məhkumluq həyatı yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrabla məşhur türkiyəli müğənni Ebru Gündeş boşanır.
Zərrabla Gündeş də boşanır - “Mənə təzyiq edilib”
“Xalqinfo”nun CNN Türk-ə istinadən məlumatına görə, bu barədə mətbuata Zərrab özü açıqlama verib. O qeyd edib ki, boşanmaq birbaşa Gündeşin təşəbbüsüdür:

“Ebru Gündəş 13 sentyabrda mənə vəkili vasitəsilə boşanmaq istədiyini bildirib. Boşanma prosesinin tez bitməsi üçün mənə təzyiq də edilib və 23 sentyabrda boşanma ərizəsini rəsmən göndəriblər.

Bu sıxıntılı vəziyyətimə baxmayaraq həyat yoldaşımın bu qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bəyan edirəm”.

Xatırladaq ki, Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler