» » Ərdoğandan İŞİD açıqlaması

Ərdoğandan İŞİD açıqlaması

Bölmə: BLOK XƏBƏR
Ərdoğandan İŞİD açıqlaması
Şimali İraqda İŞİD silahlılarının dinc sakinlərin arasında gizlənməsi bü ölkəyə hər hansı hərbi əməliyyatın tətbiqini istisna edir. Hərbi müdaxilə çox sayda insanın ölümünə səbəb ola bilər.


ANS TV-nun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. O, İraqdakı münaqişənin məzhəblərarası toqquşmaya çevrildiyini də ifadə edib.

Rəcəb Tayyib Ərodoğanın sözlərinə görə, İŞİD ünsürlərinin xalqın içində olması hər hansı bir hərəkat nəticəsində çox sayda dinc sakinin ölümünə yol aça bilər: “Belə bir həssas durum var. İraq ordusunun da bütün mövqelərini tərk etməsi çox maraqlıdır. Hadisə artıq İŞİD - İraq ordusu arasında münaqişə olmaqdan çıxıb, məzhəblərarası müharibəyə dönüb. Bu da şiə-sünni məsələsidir. Biz bunu qəti şəkildə pisləyirik. Bir müsəlman digər müsəlmanı “Allahu-Əkbər” deyərək öldürə bilməz. Qadınları, uşaqları, qocaları öldürməyə ixtiyarınız yoxdur. Bütün bunları Türkiyə Respublikası olaraq qəbul etmirik. Bu dəqiqə bizim əsas dərdimiz 80-ə yaxın vətəndaşımızı sağ-salamat ölkəyə gətirməkdir”.

Rəcəb Tayyip Ərdoğan müxalifətin prezidentliyə vahid namizədini açıqlamasına da münasibət bildirib: “Onların birgə namizədi xeyirli olsun. Mənim deyəcəyim bir şey yoxdur. Son fikri avqustun 10-da xalqım deyəcək”, - deyə Ərdoğan fikrini ifadə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler