» » “2 aprel” şəhidinə heykəl qoyuldu - Müəllimi tərəfindən

“2 aprel” şəhidinə heykəl qoyuldu - Müəllimi tərəfindən

Bölmə: BLOK XƏBƏR, MANŞET
“2 aprel” şəhidinə heykəl qoyuldu - Müəllimi tərəfindən

Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli qoyulub.

Xalqinfo”nun verdiyi xəbərə görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.

R.Qarayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, S.Kaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: “Samir mənim dostum olub. O, şəhid olandan sonra biz yaxın adamlarla məsləhətləşib bu qərara gəldik ki, heykəlini yaradaq. Uşaqlar da mənim hazırlamağımı istədilər. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq”.

R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: “İki gün öncə bitirmişəm”.

Qeyd edək ki, S.Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.
“2 aprel” şəhidinə heykəl qoyuldu - Müəllimi tərəfindən
“2 aprel” şəhidinə heykəl qoyuldu - Müəllimi tərəfindən

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler