» » Daha bir polis özbaşınalığı-

Daha bir polis özbaşınalığı- VİDEO

Bölmə: BLOK XƏBƏR
Daha bir polis özbaşınalığı-
Son zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların sayı artır. Xüsusən də, avtomobillərin evakuasiyası zamanı ortaya çıxan biabırçı mənzərə hər kəsin narazılğını səbəb olur.

ans press-in məlumatına görə, avtosfer.az saytının hadisə yerində olan əməkdaşı baş verənləri videoya çəkib. Belə hadisələrdən biri də iyunun 16-da, paytaxtın Yasamal rayon, Ələskər Ələkbərov küçəsində, Space TV-nın yaxınlığında baş verib. Yol kənarında dayanmış VAZ-2104 markalı avtomobilin evakuasiya olunması ilə bağlı polis əməkdaşı göstəriş verib. Lakin maraqlısı budur ki, maşının saxlandığı ərazidə park etməklə bağlı hər hansı qadağanedici yol nişanı yoxdur. Maşının evakuatora çıxarılması zamanı sahibinin oraya özünü çatdırması isə polis əməkdaşının geri addım atmasına səbəb olub. Beləliklə, maşının saxlandığı yerdə qadağanedici nişanın olmamasını əsas gətirən sürücü maşınının evakuasiya olunmasının qarşısını alıb.

Qanunvericiliyə görə, evakuasiya zamanı avtomobil hətta evakuatora yüklənmiş vəhiyyətdə olsa belə, sürücü yaxınlaşırsa avtomobil yerə düşürülməlidir. Bundan sonra evakuasiyanı həyata keçirən polis əməkdaşı həmin sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə protokolu yazmalıdır. Amma bu görüntülərdən məlum olur ki, həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdur. Sürücü yaxınlaşdıqda isə polisin göstərişi ilə maşın evakuatordan düşürülür və onlar çıxıb gedirlər. Sual yaranır ki, əgər evakuasiya qanuni idisə nə üçün maşını yerə düşürəndən sonra sürücüyə protokol yazılmadı? Qanunsuz idisə, o zaman bəxtini bir daha sına…

Hadisə yerində olan Avtosfer.az-ın əməkdaşının lentə aldığı videonu sizə təqdim edirik.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler