» » Arzu Abdullayev erməni ilə şəkil çəkdirdi

Arzu Abdullayev erməni ilə şəkil çəkdirdi

Bölmə: BLOK XƏBƏR
Arzu Abdullayev erməni ilə şəkil çəkdirdi
Azərbaycanlı xanım erməni kişi ilə... Hüquq müdafiəçisi Arzu Abdullayeva ilə Karen Ohanjanyanın birgə çəkdirdikləri fotonu görməyincə, azərbaycanlı üçün bu mənzərəni təsəvvür etmək çox çətin idi.

ans press-in məlumatına görə, “Facebook” sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ilə "Helsinki Təşəbbüsü - 92" komitəsinin koordinatoru, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohanjanyanın birgə fotosu yayılıb.

Gürcüstanın paytaxtı Tiflisdəki "Starıy Tbilisi" otelinin qarşısında çəkilən fotonu Ohancanyan özü Abdullayevanın səhifəsində paylaşıb.

Xatırladaq ki, Karen Ohancanyan bir müddət əvvəl Bakıya Helsinki Vətəndaş Assambleyasının nümayəndə heyətinin tərkibində Bakıya səfər etmişdi. Karen geri dönərkən Baklı aeroportunda döyülmüşdü.



Qafqazinfonun məlumatına görə, Karen Ohanjanyan Ermənistanda yeganə adamdır ki, Xocalı faciəsinə görə Azərbaycandan üzr istəyib. Ohancanyan bunu 2009-cu ildə “Azadlıq” radiosuna müsahibəsində deyib: “Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm. Biz çalışmalıyıq ki, gələcəkdə xalqlarımız arasında belə zorakılıqlar yaşanmasın. Biz əlimizdən gələni etməliyik ki, barışıq prosesi başlasın, bizim xalqlar dinc yanaşı yaşasınlar. Xocalı bizim tariximizdə çox kədərli bir faktdır. Biz bunu unutmamalıyıq və çalışmalıyıq ki, belə hadisə bir də baş verməsin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler