» » Eldar Mahmudov bankir oğlunun toyunda göründü?

Eldar Mahmudov bankir oğlunun toyunda göründü?

Bölmə: BLOK XƏBƏR
Eldar Mahmudov bankir oğlunun toyunda göründü?

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevirən sabiq nazir Eldar Mahmudovun nə zaman həbs olunacağına dair suallar bitmir.

Rəhbərlik etdiyi nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan Eldar Mahmudovun komandasından 21 nəfər həbsə alınsa da, ozü hələ də azadlıqdadır. İstintaq tərəfindən dəfələrlə dindirilməsinə baxmayaraq, nədənsə o, həbs olunmur. Sabiq nazirin “vurulandan” sonra içkiyə qurşandığı, səhhətində ciddi problemlərin yarandığı da verilən xəbərlər arasındadır.

Eldar Mahmudovla bağlı yeni xəbər əldə edilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, dünən sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi “Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov ancaq toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb. (gununsesi.info)

Musavat.com xəbər yayılan saatlarda onu dəqiqləşdirə bilməmişdi. Lakin sonradan dəqiqləşdirilən məlumata görə, belə bir hadisə olmayıb. Çingiz adlı bir dövlət məmurunun (soyadını özümüz yazmırıq) övladının toyu olub, lakin o, Əsədullayev deyil, üstəlik, Eldar Mahmudov da orada olmayıb.

Ümumiyyətlə, son 6 ayda Eldar Mahmudovu "gördüm" deyən kimsə yoxdur. Bu da bir ara onun dünyasını dəyişməsi şayiələrinə rəvac vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler