» » Əliyevə qızıl medal verdilər

Əliyevə qızıl medal verdilər

Bölmə: BLOK XƏBƏR
Əliyevə qızıl medal verdilər
Afinada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın baş naziri Antonis Samaras ilə görüşüb.

ans press-in məlumatına görə, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilib.

Görüşdən sonra Antonis Samaras tərəfindən İlham Əliyevin şərəfinə rəsmi nahar verib.

Prezident İlham Əliyev həmçinin Yunanıstan parlamentinin sədri Vanqelis Meimarakis ilə də görüşüb.

Vanqelis Meimarakis dost Azərbaycanın prezidenti ilə Yunanıstan parlamentində görüşündən məmnunluğunu bildirib. O, Azərbaycan və Yunanıstan parlamentləri arasında əlaqələrin inkişaf etdiyini söyləyib.

Ötən ilin noyabrında Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycanda olduğunu xatırladan sədr yaxın vaxtlarda özünün də ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.

Vanqelis Meimarakis bu səfərin parlamentlərarası əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Parlamentin sədri, həmçinin Azərbaycan prezidentinin Yunanıstana dövlət səfərinin ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin ölkələrimiz üçün çox önəmli olduğunu dedi, bu əlaqələrin ümumi əməkdaşlığımızın inkişafında mühüm yer tutduğunu bildirib.

Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələrin inkişafını qeyd edən dövlətimizin başçısı qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini bunun göstəricisi olduğunu vurğulayıb.

Dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın çox uğurlu olduğunu söylədi. Son beş ildə Yunanıstana ikinci dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əlaqələrin inkişafını təsdiq edən mühüm fakt olduğunu diqqətə çatdırıb.

İlham Əliyev Azərbaycan ilə Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin çox uğurla inkişaf etdiyini və əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanların olduğunu bildirib.

Sonda Vanqelis Meimarakis Yunanıstan parlamentinin qızıl medalını İlham Əliyevə təqdim etdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler