» » Qızı zorlanan anaya inanılmaz cavab -TƏFƏRRÜAT

Qızı zorlanan anaya inanılmaz cavab -TƏFƏRRÜAT

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Qızı zorlanan anaya inanılmaz cavab -TƏFƏRRÜAT
Bakıda azyaşlı qızın zorlanması ilə bağlı bəzi məqamlara aydınlıq gəlib.

Binəqədi rayon prokurorunun köməkçisi Üzeyir Həmidovun anspress-ə verdiyi məlumata görə, Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yaşar Bəhlul oğlu Yusifov qonşuluqda kirayədə qalan 6 yaşlı qızı zorlayıb. Hadisə baş verən an qızın anası evə gəlib və olanları gözləri ilə görüb.

Demə kişi ananın evdə olmamasından istifadə edərək evə girib. Yaşar Yusifov dondurma alaraq qızın başını aldadıb. Daha sonra onu çarpayıya yıxaraq, cinsi əlaqəyə girməyə çalışıb.

Qızının yaşlı kişi tərəfindən zorlanmasını görən ana əlindəki küt alətlə kişinin başına vurub. Daha sonra kişini döyərək evdən qovub.

Qeyd edək ki, hər iki qonşu həmin ərazidə kirayədə qalırlar. Azyaşlı qızın anası kafelərin birində işləyir. Qadın qızını tənha böyüdür.

Qızın anası daha sonra polisə şikayət edib. Sonradan qızını zorlayan kişinin evinə gedib. Yaşar Yusifovun vətəndaş nikahı ilə yaşadığı Afət Babayeva adlı qadın balası zorlanan anaya gözlənilməyən cavab verib.

“Kimsəsiz qızdır. Atasız qız böyüdəndə belə olar. Atasız qızı zorlayarlar da...”, - deyə Afət Babayeva ürəyi dağlı anaya daha bir yara vurub. Qadını təhqir etdikdən sonra Afət Babayeva onu evdən qovub.

Ananın şikayəti əsasında polislər Yaşar Yusifovu tuta biliblər. İlkin ifadəsində kişi azyaşlı qızı zorlamasını etiraf edib. Daha sonra hadisəni törədərkən sərxoş olduğunu bildirib.

Onu da əlavə edək ki, Yaşar Yusifov tufeyli həyat tərzi keçirirmiş. Onun daim sərxoş olduğu və dəfələrlə xuliqanlıq etdiyi də bildirilir. Y.Yusifovun şəxsiyyət vəsiqəsi də yoxdur. Onun əvvəllər Sovet pasportu olub, sonradan onu da itirib. Onun birinci ailəsi dağılıb. Sonradan Afət Babayeva adlı qadınlar qeyri-rəsmi şəkildə yaşayır.

Zorlandığı deyilən 6 yaşlı qız tibbi ekspertizaya göndərilib. Analizlər nəticəsində qızın təcavüzə məruz qaldığı sübuta yetirilib. Lakin xoşbəxtlikdən qızın bəkarətinə xələl gətirilməyib.

Hadisəni törədən Yaşar Yusifov barədə 3 ay müddətinə həbs qəti-imkan tədbiri görülüb. O məhkəmə qarşısında cavab verəcək. Törətdiyi cinayətə görə Yaşar Yusifovu 15 ilə qədər həbs cəzası gözləyir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler