» » Birinci müavini Cahangir Hacıyevdən DİN-ə şikayət edib...

Birinci müavini Cahangir Hacıyevdən DİN-ə şikayət edib...

Bölmə: BLOK XƏBƏR, MANŞET
Birinci müavini Cahangir Hacıyevdən DİN-ə şikayət edib...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə baxış iclasında şahid qismində tanınan şəxslər ifadə verib.

Kamilə Hüseynova ifadəsində Azad Cavadovu tanıdığını deyib: "Azad mənim həyat yoldaşımın uşaqlıq dostudur. 2011-ci ildə yoldaşım mənə dedi ki, get mərkəzi filialda sənədlərə qol çək. Bilmədim ki, nəyə qol çəkdim. "Bandotdel"ə çağırılanda bildim ki, həmin sənədlər adıma kredit götürmək üçün imiş".

Prokuror bildirib ki, K.Hüseynovanın adına 757 min 500 manat əsas, 666 min faiz borcu var.

K.Hüseynovanın həyat yoldaşı İbrahim Hüseynov ifadə verərək hadisələr baş verən zaman Ukraynada yaşadığını qeyd edib: "Məzuniyyətdə Bakıya gələndə Azad mənə dedi ki, kreditə qol çəkmək lazımdı. Mən də yoldaşıma dedim, gedib qol çəkdi".

A.Cavadovun əmisi oğlu Tofiq Cavadov da onun xahişi ilə Suraxanı filialında 750 min manatlıq kredit müqaviləsinə qol çəkdiyini deyib.

Prokuror deyib ki, həmin kredit üzrə 680 min əsas, 289 min manat faiz borcu qalıb.

Aydın Mehdiyev ifadəsində deyib ki, 1997-2008-ci illərdə C.Hacıyevin sürücüsü işləyib: "Mənə Mərkəz Filialının rəhbəri Anar Sultanov zəng edib dedi ki, kreditlə bağlı sənədlərə qol çəkməliyəm. Mən də Cahangir müəllimdən soruşdum, dedi ki, layihələrlə bağlıdır. Kreditin hansı layihələrə ayrıldığını bilmirəm, 30-a yaxın sənədə qol çəkdim. Sonradan bildim ki, mənim adıma 11 milyon 928 min dollar kredit götürülüb. Özüm heç nə ödəməmişəm".

Prokuror bildirib ki, A.Mehdiyevin adına 2009-cu ilin yanvar ayından 1 sentyabr 2013-cü ilə kimi 3 ədəd plastik kartlar vasitəsi ilə 32 milyon dollar, 18 milyon 730 min avro, 10 milyon manat ayrılıb.

A.Mehdiyev isə kartlardan məlumatı olmadığını deyib: "İstintaqda mənə təqdim olunan sənədlərdən kredit müqavilələrinin birində mənim imzam olmayıb".

Sürücü A.Mehdiyev 2008-ci ildən sonra Bankın Baş ofisində mütəxəssis işləyib.

Mehdiyev qeyd edib ki, bu kreditlərin 80 faizi ödənilib.

Cahangir Hacıyev bildirib ki, həmin kreditlər onun göstərişi ilə verilib: "Bütün ödəmələr və kreditlərin sərf olunduğu yerlər Vergilər Nazirliyinin apardığı cinayət işində var. Həmin işin xitam qərarı məhkəməyə təqdim edilsin".

C.Hacıyevin birinci müavini olmuş, hazırda Beynəlxalq Bankda İdarə Heyəti sədrinin müşaviri Emil Mustafayev ifadə verərək deyib ki, bankda 1994-cü ildən işləyir: "İttihamda qeyd olunan 157 kredit və VIP kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. VIP kreditlər Cahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib. Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən Müşahidə Şurasının qərarı olmalı idi, lakin bu qərar olmayıb. Bu kreditlər təminatla verilsə də, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Sadəcə göstəriş verilirdi, rəsmiləşdirilirdi və göndərilirdi. Bu qanunsuz idi və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət etdim".

Vəkil E.Mustafayevdən niyə məhz C.Hacıyevin işdən çıxarılmasından sonra DİN-ə müraciət etməsini soruşub.

E.Mustafayev deyib ki, C.Hacıyev rəhbər olduğu üçün onun qanunsuz göstərişlərini yerinə yetirməli olublar: "Buna məcbir idik. Bu cür göstərişlərə əməl etməyən əməkdaşımız Cəlil Daşdəmirov işdən uzaqlaşdırıldı".

Prokuror qeyd edib ki, ayrılan kreditlərin Dubay, Almaniya və digər ölkərlərdə olan layihələrə xərclənməsinə dair ifadələr var.

E.Mustafayev deyib ki, həmin kreditlərlə bağlı Beynəlxalq Bankda girov təminatlı layihələr olub.

Dövlət ittihamçısı soruşub ki, nəyə görə pullar fiziki şəxslərin adına kartlar açılaraq şirkətlərə yönəldilib.

C.Hacıyev cavab olaraq bildirib ki, həmin şirkətlərə 200 milyon dollarlıq kredit ayrılmışdı: "Kartlar vasitəsilə ayrılan pullarla isə səhmlərin alınması və digər avandlıqların alınması təmin edilib".

Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler