İŞİD Bağdada girdi (FOTO)Bölmə: BLOK XƏBƏR
Mosulu aldıqdan sonra İraqda irəliləməyi davam etdirən İŞİD Bağdad yaxınlığındakı qəsəbələrdə nəzarəti ələ keçirib. anspress-in məlumatına görə, İŞİD-in Bağdadı ələ keçirəcəyindən ehtiyat edən Vaşinqton, həm də Tehrandan hərəkətə keçmək siqnalları gəldi. Barak Obama bununla bağlı çıxış edərək problemi həll etmək üçün masaya oturmaq mesajı verdi. Verilən məlumata görə, İran prezidenti Həsən Ruhani İraq baş naziri Nuri Əl Maliki ilə telefonla danışıb: "İraqın süverenliyinin zədələnməsinə izn verməyəcəyik". Bu arada Fransa da beynəlxalq gücləri İranla bağlı hərəkətə keçməyə çağırdı. Xarici işlər naziri Louren Fabius İŞİD-in cənuba doğru irəliləməsini bölgə üçün təhdid hesab edib. İngiltərənin xarici işlər naziri Uilyam Hague isə Amerika Birləşmiş Ştatları ilə bir yerdə hərəkətə keçəcəyini və bu mövzuda rəsmi Vaşinqtonu dəstəkləyəcəyini açıqladı. Qeyd edək ki, İraqın şimalında yerləşən Mosul şəhərindən başlayaraq cənuba doğru irəliləyən İŞİD bu gün Saadiyə və Celala kəndlərini işğal edib. İşğalçı qrupun iki kəndi tamamilə nəzarət altına aldığı bildirilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|