» » Zakir Qaralov şimal-qərb rayonlarının əhalisini qəbul edəcək

Zakir Qaralov şimal-qərb rayonlarının əhalisini qəbul edəcək

Bölmə: BLOK XƏBƏR
 Zakir Qaralov şimal-qərb rayonlarının əhalisini qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov cari il avqustun 26-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Balakən şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler