» » Almaniya Azərbaycana silah satmaqdan imtina etdi

Almaniya Azərbaycana silah satmaqdan imtina etdi

Bölmə: BLOK XƏBƏR
Almaniya Azərbaycana silah satmaqdan imtina etdi
2013-cü ildə Almaniya silah ixracını artırıb. Artım ümumi silah ixracının dörddə bir hissəsi qədər olub.


“Xalqinfo” xəbər verir ki, “Turan”ın yaydığı xəbərə görə, bu barədə Almaniya Iqtisadiyyat və Energetika Nazirliyinin hesabatında deyilir. Hesabat çərşənbə günü AFR hökumətinin iclasında təqdim edilib. Əsasən ixrac Səudiyyə Ərəbistanı və Qətərlə ticarətin hesabına artıb və ümumi həcmi 5,8 milyard avto təşkil edib.

İqtisadiyyat naziri Ziqmar Qabriel bildirib ki, hökumət gələcəkdə təqdir edilmiş bütün daşınmalar barədə məlumat verə biləcək, lakin silah konsernlərinin ixrac üçün qəbul edilməmiş müraciətlərinin hamısını açıqlamayacaq. Buna səbəb silah konsernlərinin ticarər maraqlarında məxfiliyə əməl olunmasının vacibliyidir. Eyni zamanda nazir deyib ki, əvvəllər heç zaman AFR hökuməti silah ixracı haqqında bu qədər açıq danışmayıb.

Sənəddə qeyd olunur ki, 2013-cü ildə AFR-dən silah ixracı üzrə 71 müraciət təmin edilməyib. Qəbul edilməyən nüraciətlərin ümumi dəyəri 10,04 milyon avro təşkil edib. O cümlədən ixrac üçün icazə verilməyən ölkələr sırasında Azərbaycan, Gürcüstan, Iran, Qazaxıstan, Ukrayna da olub.

Lakin hesabata əlavədən məlum olur ki, Ukraynaya ixrac olub. Bunlar əsasən idman və ov tüfəngləri olub. Azərbaycan və İran satış silahına embarqo qoyulan ölkələr sırasına daxildir. Bu siyahıda Çin, İraq, Livan, Liviya, Sudan, Suriya, Belarus da yer alıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler