» » Braziliya çempionata qələbə ilə başladı-

Braziliya çempionata qələbə ilə başladı- Yenilənib

Bölmə: BLOK XƏBƏR
Braziliya çempionata qələbə ilə başladı-
Futbol üzrə 20-ci dünya çempionatı artıq start götürüb.


"Xalqinfo" xəbər verir ki, A qrupunun, eləcə də mundialın ilk oyunu Braziliya-Xorvatiya matçı başlayıb. 5 qat dünya çempionu, turnirin ev sahibi Braziliya ilk oyundaca doğma azarkeşlər önündə 3 xalı aktivinə yazmaq istəyir. Lakin heyətində Luka Modriç, İvan Rakitiç kimi futbolçuları olan Xorvatiya da ev sahibi komandaya başağrısı olmaq niyyətindədir.

Bu möhtəşəm oyun San Paulo şəhərində "Korintiyans Arena"da keçirilir və matçı yaponiyalı baş hakim Niutşi Nişimura idarə edir.

Komandaların start heyətləri belədir:

Braziliya: Julio Sezar, Dani Alveş, Tiyaqo Silva, David Luiz, Marselo, Halk, Neymar, Fred,Oskar, Paulinyo

Xorvatiya: Pletikoşa, Darius Srna,Çarluka, Levron, Vraslko, Perişiç,İvan Rakitiç, Luka Modriç, Brozoviç, OLiç, Yelaviç

***

11-ci dəqiqədə Marselo avtoqol sahibi olub. Xorvatiya hesabda 1-0 önə keçir.

***

Dünya çempionatının ilk oyununda 26 dəqiqə geridə qalıb, ev sahibi Braziliya minimal hesabla geridədir.

***

29-cu dəqiqədə Neymar Braziliyanın bərabərlik qolunu vurdu. Bu qoldan sonra oyunun daha da maraqlı keçəcəyi gözlənilir.

***

İlk 45 dəqiqədən sonra hesab qarşılıqlı qollar sayəsində bərabərdir: 1-1

***

Neymar 71-ci dəqiqədə penaltidən komandasının və özünün ikinci qolunu vurdu. Artıq Braziliya hesabda 2-1 önə keçdi.

***

Oskar 90-cı dəqiqədə Braziliyanın üstünlüyünü bir qədər də möhkəmləndirib: 3-1.

***

Braziliya Xorvatiya üzərində 3-1 hesablı qələbə əldə edərək mundiala uğurlu start verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler