» » Azərbaycanlı həkimlərin bacarmadığını türkiyəlilər etdi -

Azərbaycanlı həkimlərin bacarmadığını türkiyəlilər etdi - Foto

Bölmə: BLOK XƏBƏR
Azərbaycanlı həkimlərin bacarmadığını türkiyəlilər etdi -
Dilan Süleymanov Azərbaycanda müraciət etdiyi həkimlər tərəfindən yaşının çoxluğu ilə əlaqədar əməliyyat edilmədiyindən Türkiyəyə üz tutub.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 87 yaşlı D.Süleymanovun ürək damarlarındakı tıxanıqlıq problemi bu ölkədə həll edilib. Belə ki, o, türkiyəli həkimlər tərəfindən əməliyyat olunub.

D.Süleymanovu əməliyyat etmiş professor Erkan Kuralay bunları deyib: “Süleymanov xəstəxanamıza gələndə sinəsində şiddətli ağrılar var idi, onda tez-tez nəfəs darlığı da olurdu. Əməliyyat edərək xəstəmizin tıxanıqlı olan 3 damarını dəyişdik”.

Qeyd edək ki, hazırda 87 yaşlı D.Süleymanovun sağlıq durumu əladır və o, artıq xəstəxanadan çıxıb.

Azərbaycanlı həkimlərin bacarmadığını türkiyəlilər etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler