» » “İdarə heyətində bir-iki erməni var”

“İdarə heyətində bir-iki erməni var”

Bölmə: BLOK XƏBƏR, MANŞET
“İdarə heyətində bir-iki erməni var”
“Maliyyəni verəndə tapşırıq verirlər ki, ölkədə qarışıqlıq yaratsınlar”


YAP-çı millət vəkili Siyavuş Novruzov “Freedom House” təşkilatının Azərbaycanla bağlı verdiyi sərt hesabata münasibət bildirib. S. Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, nəinki indi, 20 ildir ki, Azərbaycan müstəqillik əldə etməsinə baxmayaraq həmişə bu təşkilat Azərbaycana qarşı qərəzli olub:

“Bu təşkilat qərəz üzərində formalaşıb. Bunun da səbəbləri ondan ibarətdir ki, həmin təşkilat erməni lobbisi vasitəsi ilə maliyyələşir. Bunların İdarə Heyətində bir neçə nəfər ermənilər də var. Xüsusən Qafqaz üzrə hesabatlara baxanda həmişə görürük ki, Azərbaycanı “seçirlər”.

Ona görə ki Azərbaycana qarşı bunların qərəzli mövqeləri var. Ermənistanda keçirilən seçkilərdə nə qədər insan güllələndi, qanun pozuntuları oldu onlar bu barədə bir kəlmə də olsun yazmırlar. Və yaxud yazırlar ki, demokratik seçki keçirilib. İnsan hüquq və azadlıqları ilə verilən fikirlər hamısı qərəzlidir və təmənnalıdır. Bu baxımdan da qeyri hökumət təşkilatına hər dəqiqə diqqət yetirməyə ehtiyac görmürəm. Ona görə ki Azərbaycan xalqı öz seçimini edib. Azərbaycanda olan iqtisadi inkişaf, aparılan islahatlar bunun bariz nümunəsidir. Azərbaycan nadir ölkələrdəndir ki KİV-in borcları dövlət tərəfindən ödənilir. Bəzilərinin borcları dondurulur. KİV-lərə dövlət yardımı var. Hər bir qəzet bərabər şəkildə, adıçəkilən “Yeni Müsavat” , “Azadlıq” qəzetinə də eyni səviyyədə dövlət büdcəsindən vəsait ayrılır. Jurnalistlər üçün evlər tikilir. Yenə burda heç bir ayrı -seçkilik yoxdur. Siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir. Kimsə cinayət törədibsə, hansısa siyasi partiyanın və ya QHT-nın üzvüdürsə, hansı ki bunlar tərəfindən maliyyələşirlər, kifayət qədər maliyyə yeyintiləri mövcuddur. Maliyyəni verəndə tapşırıq verirlər ki, ölkədə qarışıqlıq yaratsınlar. Bunların müdafiəsinə qalxmaq aydın məsələdir ki, şəxsi məqsədlərinə xidmət edir”.

S. Novruzov təşkilatın verdiyi bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti olmadığını vurğulayıb:

“Azərbaycan öz yoluyla gedir və bu yolla da davam edəcək. Azərbaycanda olan azad demokratik ədalətli seçkilər heç bir yerdə yoxdur. Mən dəfələrlə Şərqi Avropa, Ukrayna, Gürcüstanda müşahidəçi olmuşam. Azərbaycan qədər seçkilərə diqqət yetirən, seçkilərin tam stabil, sakit, azad keçirildiyi heç bir yer yoxdur. Ona görə də yazmaqlarında heç bir əhəmiyyət görmürəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler