» » Şortik geyindiyi üçün imtahana buraxılmadı-

Şortik geyindiyi üçün imtahana buraxılmadı- Qadağa

Bölmə: BLOK XƏBƏR
Şortik geyindiyi üçün imtahana buraxılmadı-
ADİU və BDU-da tələbələrə bəzi geyimlər qadağan edilib


"Xalqinfo" xəbər verir ki, bu barədə Qaynar.info-ya tələbələr məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub.

Onların sözlərinə görə, universitetdə oğlanlara "səndəl", "şәpit" vә ya "şortik" geyinmәyә icazә verilmir.

Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə, sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da “qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.

Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə "səndəl"də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbənin isə dizdən olan “şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.

Məsələ ilə bağlı adıçəkilən təhsil ocaqlarının da mövqeyini dərc etməyə hazırıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler