Cənubi Qafqaz ölkəsində ilk dəfə

Bölmə: BLOK XƏBƏR
Cənubi Qafqaz
Tiflis Beynəlxalq Hava Limanının “VIP” terminalında Avropada ilk dəfə olaraq günəş enerjisi ilə işləyəcək sistemlərin icrasını nəzərdə tutan layihənin təqdimat mərasimi keçirilib.

Xalqinfo.az Publika.az-ın xarici mediaya istindən verdiyi məlumata əsasən xəbər verir ki, sözügedən layihə Yaponiya hökuməti və bu ölkənin “Itochu Corporation”, “Oriental Consulting”, “Fuji Furukawa Engineering” və “Construction LTD” şirkətləri tərəfindən birgə hazırlanır.

Təqdimat mərasimində Tiflis şəhər meri Davit Narmania, Yaponiyanın Gürcüstandakı səfiri Toshio Kaitan, “TAV Georgia” şirkətinin baş direktoru Mete Erkal və digər şəxslər iştirak ediblər. Qeyd edilib ki, Cənubi Qafqazda kifayət qədər günəş enerjisi mövcuddur. Bu baxımdan da layihənin Tiflis hava limanında tətbiqi uğurlu alınacaq.

Tiflis meri Davit Narmania isə qeyd edib ki, bu layihə Gürcüstan dövləti üçün vacib əhəmiyyətə malikdir. O, gələcəkdə digər qonşu və region ölkələrinin də bu layihədən istifadə edəcəyini inandığını söyləyib.

Qeyd edək ki, layihənin dəyəri ilkin olaraq 4,5 milyon dollar təşkil edir ki, bu da Tiflis hava limanını günəş enerjisi ilə təmin edəcək. Tiflis beynəlxalq hava limanına quraşdırılacaq günəş batareyaları ildə 337 min kilovat saat enerji istehsal edə biləcək. Bu isə Tiflis hava limanının enerji ehtiyatlarının təqribən illik 40 faizini təmin edəcək.

Onu da bildirək ki, Gürcüstanda 2005-ci ildən bəri fəaliyyət göstərən “TAV Georgia” şirkəti 2027-ci ilədək Gürcüstanın bütün hava limanlarında günəş enerjisi istehsal edən panellər quraşdırmağı nəzərdə tutur.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler