» » Pirverdiyevin 700 milyon borcu hardan yarandı?

Pirverdiyevin 700 milyon borcu hardan yarandı?

Bölmə: BLOK XƏBƏR
Pirverdiyevin 700 milyon borcu hardan yarandı?
Yaxın dörd il ərzində “Azərenerji” ASC 4 milyard dollarlıq investisiya proqramı həyata keçirəcək. “Fitch Ratings”ın ötən həftənin sonlarında açıqladığı rəyə belə bildirilir. Xatırladaq ki, “Fitch” bu dəfə “Azərenerji” ASC-nin emitent defoltunun uzunmüddətli reyitinqini “Sabit” dəyərləndirib, “BBB-”səviyyəsində təsdiq edib. “Reytinq” agentliyinin məlumatına görə, ASC-nin yeganə səhmdarı Azərbaycan Respublikasıdır və 100 faiz dövlətə məxsusdur.


“Reytinq” agentliyinin açıqlamasına görə, “xərclər-plus” mexanizmi ilə tariflərin müəyyənləşdirməsi şirkətlər üçün əlverişli olsa da, sosial siyasət baxımından məhdud modeldir: “Elektrik enerjisinin qiyməti tez-tez dəyişilmir, sonuncu dəfə 2007-cı ildə artırılıb. Yanacaq xərcləri ”Azərenerji"nin əməliyyat xəclərinin, demək olar, yarısını təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz artaraq bir milyon m3-u 80 min manata qaldırıldı. 2014-2017-ci illərdə enerji və qaz tarifləri dəyişməz olaraq qalacağı gözlənilir. 2014-cü ildə elektrik və qaz tarifləri arasında artım tempi arasında uyğunsuzluq var və bu da müəyyən risklər yaradır. Şirkət bunu kompensasiya etmək üçün dövlətin investisiya vəsaitindən istifadə edəcək. “Azərenerji”nin vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Şirkət qalan vergi borclarını daha böyük həcimli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir". Nəhayət, “Fitch” risklərdən sığortalanmaq üçün şirkətə tövsiyələrini təqdim edib.

Maraqlıdır ki, bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən Hüseyn Arabulun rəhbərlik etdiyi “Barmek” şirkəti dövlətdən heç bir dotasiya almadığı halda ili heç bir borc saxlamadan qapayırdı. Özü də nəzərə almaq lazımdır ki, bu şirkətin fəaliyyəti zamanı elektrik enerjisinin qiyməti indikindən 3 dəfə ucuz idi. Amma “Azərenerji”nin vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Bu baxımdan belə bir reytinqli təşkilata 4 il üçün 4 milyard investisiya yatırılması başadüşülən deyil.

“Qafqazinfo” xəbər verir ki, vəziyyəti “Azadlıq” qəzeinə şərh edən iqtisadçı Rövşən Ağayevin fikrincə, “Azərenerji”nin 700 milyon manat vergi borcunun yaranmasına səbəb sadəcə olaraq vergi intizamsızlığıdır. Nazirlər Kabinetinin qərarına görə, iri vergi ödəyicilərində il ərzində müntəzəm monitorinq aparıldığınıi deyən R.Ağayev vurğuladı ki, bu müəssisələrin gəlirləri, xərcləri il ərzində bir neçə dəfə qiymətləndirilir: “Yəni faktiki olaraq ”Azərenerji" vergi borcunu ödəmirsə, burada hökumətin də məsuliyyəti var. Çünki “Azərenerji” hökumət şirkətidir. Hökumət bu şirkətlərin dövlətsizləşdirilməsinə, hətta idarəyə verilməsinə belə tab gətirmədi. “Barmek”ə verdi, sonra da geri qaytardı. 2007-ci ildə elektrik enerjisinin dəyərini 3 dəfə qaldıranda hökumətin ictimaiyyət qarşısında verdiyi bəyanat bu olmuşdu ki, yeni qiymətlərin hesabına biz faktiki “Azərenerji”nin maliyyə davamlılığını təmin edəcəyik. “Barmek” “Azərenerji”dən 3 dəfə az tariflə işləyir və dövlət büdcəsindən heç bir dotasiya almırdı. Amma “Azərenerji” 3 dəfə artıq tariflə işləyir, üstəlik, dövlətdən yardım da alır. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, “Azərenerji”nin əhalidən yığımı, demək olar, 100 faizə yaxınlaşıb. Digər tərəfdən, “Barmek” “Azərenerji”yə hazır infrastruktur qoyub getmişdi".

“Azərenerji”yə 4 milyardlıq investisiya yatırımına gəlincə, R.Ağayev vurğuladı ki, o, dövlət müəssisələrinə bu cür iri yatırımların edilməsini düzgün saymır. Ümumiyyətlə, dövlət mümkün qədər iri kommunal müəssisələri dövlətsizləşdirməlidir: “Dövlətsizləşdirmə təkcə özəlləşdirmə anlamına gəlmir. Dövlətsizləşdirmə söhbət idarəetmənin dövlətin əlindən alınmasından gedir. Beynəlxalq bazarlardakı şirkətlər bu sahəni işlədərək investisiyanı da onlar yatırırlar. Bu gün müəllimi 150 manat alan dövlətin məmurların korrupsiya maraqlarına görə hər hansı sahəyə pul yatırması yolverilməzdir”.

R.Ağayevin fikrincə, digər tərəfdən 4 milyardın hansı sahəyə xərclənəcəyi ilə bağlı aydın planın olmaması bu vəsaitin də yatırılmasından səmərə olmayacağı anlamına gəlir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler