» » Ermənilər təşvişə düşüb

Ermənilər təşvişə düşüb

Bölmə: BLOK XƏBƏR
Ermənilər təşvişə düşüb
"Ermənistan tərəfinin bu cür fəndlərdən istifadə etməsi ilk belə hadisə deyil. Bütün bunların hamısı danışıqlar prosesinə və onunla bağlı indiki vəziyyətə təsir və təzyiq göstərməyə hesablanıb".

"Xalqinfo"-nun məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanın atəşkəs rejimini pozmasına münasibət bildirərkən deyib.

N.Məmmədov qeyd edib ki, işğalçı dövlət vaxtaşırı olaraq müxtəlif məqamlarda koordinasiya olunurlar. "Bir müddət əvvəl ATƏT-in Minsk qrupu həmsədrləri də bölgəyə səfər edib. Bununla belə bir sıra dövlətlərin rəhbərləri, Fransanın prezidenti, Avropa Şurasının rəhbərləri də qeyd edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün addımlar atmaq lazımdır. Hətta Fransa prezidenti Fransua Ollanda da deyib ki, onun ölkəsi də bu məsələdə çox fəal iştirak etməyə hazırdır. İndi həm Fransa, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı pis-yaxşı müəyyən təkliflər ortaya qoyurlar ki, bu istiqamətdə iş getsin. Bax bu, erməniləri müəyyən qədər təşvişə salır. Azərbaycanın mövqeyi ədalətli və konstruktivdir. Onlar isə bundan həmişə qaçırlar. Məhz buna görə də, qarşı tərəf bu cür provokasiya xarakterli addımlar atırlar ki, müəyyən mənada ümumi prosesə mane olsunlar" - deyə N.Məmmədov vurğulayıb.anspress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler