» » Emin Müslüm Maqomayev

Emin Müslüm Maqomayev müsabiqəsi keçirir

Bölmə: BLOK XƏBƏR
Emin Müslüm Maqomayev  Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, müsabiqənin final konserti oktyabrın 23-də “Krokus Siti Holl” səhnəsində reallaşacaq. Konsertdə Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Monqolustan, Ukrayna və Xorvatiyadan olan vokalçılar çıxış edərək müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar.

Münsiflər heyəti SSRİ xalq artisti Tamara Sinyavskayanın rəhbərliyi altında vokalçıların ifasını qiymətləndirəcək.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler