» » Polkovnik Kərimov naməlum şəraitdə öldü

Polkovnik Kərimov naməlum şəraitdə öldü

Bölmə: BLOK XƏBƏR
Polkovnik Kərimov naməlum şəraitdə öldüRusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində azərbaycanlı polis polkovniki, diaspor fəalı ölüb.

Xalqinfo.az Udmurtiya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata əsasən bildirir ki, konqresin yaradıcılarından biri, baş sahə müvəkkili, əslən Azərbaycanın Cəlilabad rayonundan olan 1951-ci il təvəllüdlü Tofiq Haqverdi oğlu Kərimovun meyiti iki gün əvvəl yaşadığı evdə tapılıb. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. T. Kərimovun cənazəsi dəfn olunması üçün doğulduğu Cəlilabad rayonuna yola salınıb.

T. Kərimov həm polisdəki fəaliyyətinə, həm də diaspor fəaliyyətinə görə Rusiya prezidenti tərəfindən bir neçə dəfə mükafata layiq görülüb.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler