» » Usubovun polkovniki işdən qovmasına reaksiya -

Usubovun polkovniki işdən qovmasına reaksiya - Rəsmi

Bölmə: BLOK XƏBƏR
Usubovun polkovniki işdən qovmasına reaksiya -
“O, hələ bir neçə il də artıq işləmişdi”.

Bunu Axar.az-a Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad etməsi ilə bağlı xəbərə aydınlıq gətirən DİN Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi:

“Bəzi mətbuat orqanlarının yaydığı məlumat kökündən yanlışdır. Nadir Piriyev işdən azad edilməyib. O, son yaş həddi ilə əlaqədar məzuniyyətə göndərilib. Hələ bir neçə il də artıq işləmişdi. Mətbuatda yazırlar ki, guya hansısa korrupsiya faktı ilə əlaqədar işdən azad edilib. Bu, tamamilə yanlışdır”.

Xatırladaq ki, “virtualaz.org” saytı Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevi işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad etməsi ilə bağlı məlumat yaymışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler