» » Milli Mətbuat Gününə dəyərli töhfə

Milli Mətbuat Gününə dəyərli töhfə

Bölmə: BLOK XƏBƏR
Milli Mətbuat Gününə dəyərli töhfə“Elm və təhsil” nəşriyyatında “Həsən bəy Zərdabi (Məlikov). Elmi–köməkçi biblioqrafik göstərici” kitabı nəşr olunub.

Kitab Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə nəşr edilib.

Xalqinfo.az İnstitutdan AZƏRTAC-a verilən məlumata əsasən bildirir ki, nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovadır. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Qeyd edək ki, elmi–köməkçi biblioqrafik göstəriciyə Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1842-1907-ci illərdə həyat və fəaliyyətilə bağlı nəşr olunan bütün materiallar - əsərləri, məqalələri, dəyərli fikirləri, habelə görkəmli alim haqqında yazan müəlliflərin kitabları, şeirləri, məqalələri, dissertasiya işləri və s. haqqında məlumatlar daxil edilib.

Kitab 22 iyul – milli mətbuatın yaranmasının növbəti ildönümünə dəyərli töhfədir.


Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler