» » AZAL-dan şad xəbər -

AZAL-dan şad xəbər - İstanbul və Ankara reysləri bərpa olunub

Bölmə: BLOK XƏBƏR
AZAL-dan şad xəbər -  Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi səbəbi ilə Azərbaycan Hava Yolları QSC-nin iyulun 16-da ləğv edilən İstanbul və Ankara şəhərlərinə yerinə yetirilən reysləri bərpa olunub.

Xalqinfo.az AZAL-dan Report-a verilən məlumata əsasən bildirir ki, şirkət Ankaraya həftənin çərşənbə axşamı və bazar günlərindən başqa, 1-3-4-6-cı günləri 09:10-da, 5-ci gün isə saat 16:15-də olmaqla uçuşlar təşkil edir. İstanbula olan uçuşlar isə hər gün saat 08:45, 16:35 və 19:15 saatlarında reallaşdırılır. Şirkət bu istiqamətlər üzrə aviareysləri “B 767/845”, “B 1915/767”, “A 1635/319” nömrəli təyyarələrlə həyata keçirir. AZALJET reyslərinə bir istiqamət üzrə biletin qiyməti 49 avrodan başlayır. Hər iki istiqamət üzrə isə biletlərin qiyməti 98 avro təşkil edir.
“Türk Hava Yolları”nın (THY) Bakı ofisindən isə “Report”a bildirilib ki, İstanbul istiqaməti üzrə şirkət uçuşları əvvəlki qaydada davam etdirir.

Eyni zamanda THY-nın “TK 003” nömrəli təyyarə ilə təşkil olunan İstanbul-Nyu-york aviareysi də bugündən bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Federasiyası (FAF), iyulun 16-da ölkənin hava yolu şirkətlərinin İstanbula və ya İstanbuldan ABŞ-a gələcək hər hansı bir hava yolu şirkətinin eniş etməsinə qadağa qoymuşdur.



Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler