» » Azyaşlı qaraçı fahişələrinin sayı artır -

Azyaşlı qaraçı fahişələrinin sayı artır - Azərbaycanda

Bölmə: BLOK XƏBƏR
Azyaşlı qaraçı fahişələrinin sayı artır -
Son vaxtlar Azərbaycanda cinsi fəaliyyətə cəlb edilən azyaşlılar arasında roman tayfasından olanların, yəni qaraçıların sayı artır.


“XALQINFO”nun xəbərinə görə, bu barədə virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva məlumat verib.

K.Ağayeva söylədi ki, hazırda ölkədə 20 minə yaxın qaraçı yaşayır. Onların 40 faizini 18 yaşınadək uşaqlar təşkil edir: “Son günlər ölkə mətbuatında qaraçı uşağına qarşı zorakılıqla bağlı məlumatlar verildi. Hətta deputatlardan bəziləri hadisəni tənqid etdilər. Amma heç kim qaraçıların təhsildən yayınmasını, zorlanmasını, döyülməsini, erkən ərə verilməsini tənqid etmir, onların problemləri ilə məşğul olmur. Qaraçılar yalnız dilənçiliklə məşğul olmurlar, onlar arasında oğurluq edənlər, fəhişə kimi işləyənlər də çoxdur”.

Qaraçı ailələr arasında erkən nikahların geniş yayıldığını deyən təşkilat rəhbəri roman uşaqlarının təhsildən yayındığını qeyd etdi: “Romanlar əsasən Yevlax, Şamaxı, Qazax, Ağstafa, Zaqatala, Balakən bölgələrində məskunlaşıblar. Bu uşaqlar erkən nikahların qurbanı olurlar”.

K.Ağazadə romanların problemlərinin həlli üçün təkliflər hazırladıqlarını vurğuladı: “Biz neçə illərdir qaraçıların problemlərinin həlli üçün təkliflər vermişik. Axı bu uşaqların oğru, fahişə və ya təhsilsiz böyüməsi bütün Azərbaycanın problemidir. Onlar Azərbaycanın sakinləri kimi bütün hüquqlardan yararlanmalıdır”.qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler