» » Həsən Ruhani İlham Əliyevə məktub yazdı -

Həsən Ruhani İlham Əliyevə məktub yazdı - mətn

Bölmə: BLOK XƏBƏR
Həsən Ruhani İlham Əliyevə məktub yazdı -
Azərbaycan prezidenti İlham Əliyevin ünvanına 28 may – Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir.


“Xalqinfo”nun xəbərinə görə, dövlət başçısına növbəti məktub İran İslam Respublikasının prezidenti Həsən Ruhanidən gəlib. Məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi, qonşu və dost dövlətinizi, xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizinlə sonuncu səmimi görüşümüzün ardınca, yüksək diqqətiniz, İran İslam Respublikasının və Azərbaycan Respublikasının məsul rəsmi şəxslərinin birgə daimi səyləri nəticəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində yeni mərhələnin başlanmasına, qardaşlıq ruhuna əsaslanaraq, ölkələrimiz arasındakı hazırkı gözəl dostluq münasibətlərinin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə daha da möhkəmlənməsinə şahid olacağıq.

Allah Təaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah, səadət və xoş günlər arzulayıram.

Hörmətlə,

Həsən Ruhani

İran İslam Respublikasının Prezidenti”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler